RU

Yatmazdan əvvəl hansı vərdişlər yuxunu pozur? AÇIQLAMA

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yuxunun keyfiyyəti böyük ölçüdə gündəlik vərdişlərdən asılıdır".

Redaktor.az iz.ru-ya istinadən xəbər verir ki, bunu rusiyalı həkim, somnoloq Eduard Yakupov deyib.

Onun sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri yatmazdan əvvəl smartfon, planşet və noutbukdan istifadə etməkdir:

"Ekranların mavi işığı melatonin istehsalını boğur, bu da orqanizmin yuxuya hazırlaşmasına mane olur. Ekranların təsiri melatonin istehsalını 50% azalda bilər, bu da yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə pisləşdirir. Daha bir geniş yayılmış səhv yatmazdan əvvəl spirtli içki qəbul etməkdir. Bir tərəfdən, spirtli içki həqiqətən insanın daha tez yuxuya getməsinə kömək edə bilər. Lakin digər tərəfdən, yuxunun arxitekturasını pozur və keyfiyyətini pisləşdirir".

Mütəxəssis axşam saatlarında intensiv məşqlərin və ağır şam yeməklərinin zərəri barədə də xəbərdarlıq edib:

"Belə hallarda adrenalin səviyyəsi yüksəlir və ürək döyüntüsü tezləşir, bu da yuxuya getməyi çətinləşdirir. Ağır şam yeməyi həzm prosesini aktivləşdirir, bu isə rahatlığa və istirahətə mane olur".

Alim qeyd edib ki, yaşlı insanlarda gündüz yuxusu da gecə istirahətini poza bilər.

Həkimin fikrincə, yuxunun keyfiyyətini yaxşılaşdırmaq üçün düzgün vərdişlərə riayət etmək lazımdır: yatmazdan əvvəl qadcetlərdən istifadəni məhdudlaşdırmaq, spirtli içkidən çəkinmək, axşam gec saatlarda orqanizmi fiziki aktivliklə həddən artıq yükləməmək və sabit yuxu rejimini qorumaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
2
redaktor.az

3Источники