RU

Yuxu pozuntularının sağlamlığa təsiri

Yuxu pozuntuları sağlamlığa təsir edir.

Milli.Az xəbər verir ki, türkiyəli həkim Muhammed Emin Akkoyunlu deyib ki, xoruldama, səhərlər yorğun oyanmaq və gün ərzində yuxulamaq kimi əlamətlər ciddi xəstəliyin göstəricisi ola bilər.

Onun sözlərinə görə, bu əlamətlər çox vaxt "Yuxu apnesi"nin xəbərçisidir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər. Qeyd edib ki, yuxu təkcə istirahət deyil, həm də orqanizmin yeniləndiyi və immun sisteminin gücləndiyi həyati bir prosesdir.

Professor bildirib ki, xüsusilə səhərlər yorğun oyanan və gün ərzində qəfil yuxulama ehtiyacı hiss edən şəxslər vaxt itirmədən həkimə müraciət etməlidirlər. Çünki müalicə olunmayan yuxu apnesi ürək tutması, hipertoniya, piylənmə və şəkərli diabet kimi xəstəliklərin riskini artırır.

Akkoyunlu həmçinin qeyd edib ki, yuxu pozuntuları diqqətin azalmasına səbəb olur və bu da yol-nəqliyyat və iş qəzalarının sayını artıra bilər. Onun sözlərinə görə, keyfiyyətli yuxu yalnız fərdi sağlamlıq üçün deyil, həm də cəmiyyətin təhlükəsizliyi üçün vacibdir.

Mina Mikayılova
Milli.Az

Избранный
63
1
milli.az

10Источники