Martın 15-dən 18-dək Azərbaycanın qərb rayonlarından başlayaraq havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.
Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında belə deyilir.
Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.