RU

İran İsrailə qarşı yeni raket zərbələri dalğası elan etdi

İran İsrail ərazisinə yeni raket zərbələri endirməyə başlayıb.

 

Senzor.az bildirir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

 

Amma hədəflər və ya atılan raketlərin sayı barədə heç bir məlumat verilməyib.

 

Bundan əvvəl isə İslam İnqilabı Keşikçiləri Korpusu İranın Fars körfəzindəki Amerika hərbi obyektlərinə kütləvi raket hücumları həyata keçirdiyi barədə məlumat yayıb.

 

Məlumata görə, hücumlar Amerikanın BƏƏ-dəki Əd-Dəfra, Küveytdəki Əl-Adiri bazalarına, eləcə də Bəhreyndə yerləşən Şeyx İsa hava bazasına yönəlib.

Избранный
104
senzor.az

1Источники