RU

Ahıllar evinin sakinlərini Novruz və Ramazan bayramları münasibətilə təbrik ediblər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 15 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə UNEC kollektivinin növbəti görüşü təşkil edilib.

Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov qonaqları və müəssisənin sakinlərini qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. Qeyd olunub ki, son illər ölkəmizdə həssas əhali qruplarından olanların, o cümlədən tənha ahıl şəxslərin sosial müdafiəsi tədbirləri dəfələrlə gücləndirilib və bu sahədə davamlı olaraq mühüm sosial islahatlar aparılıb. Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində sakinlərə stasionar formada sosial xidmətlər göstərilir, sosial iş aparılır və sosial reabilitasiya həyata keçirilir, onlara sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.

Müəssisədə təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Burada sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər görülür, mədəniyyət mərkəzlərinə, müxtəlif istirahət mərkəzlərinə ekskursiyaları, gəzintilər və s. təşkil olunur. Ahılların sağlamlığı hər zaman diqqətdə saxlanılır və hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

UNEC-in rektoru, professor Ədalət Muradov çıxış edərək bildirib ki, Novruz bayramı mərhəmət, birlik və paylaşma kimi milli dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ahıllarla bir araya gəlmək, onlarla vaxt keçirmək və tələbələrə böyüklərə hörmət kimi milli-mənəvi dəyərləri aşılamaq çox əhəmiyyətlidir.

Görüş zamanı müəssisə sakinlərinin təqdimatında milli filmlərdən musiqili səhnəciklər nümayiş olunub. UNEC Yaradıcılıq Mərkəzinin üzvləri şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Ahıllar iştirakçılarla yumurta döyüşdürüb, Novruz adət-ənənələrini icra edərək maraqlı vaxt keçiriblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
111
azertag.az

1Источники