RU

Qlobal Bakı Forumu sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən mötəbər siyasi platformadır

Bakı. Trend:

Martın 12-14 tarixlərində keçirilən XIII Qlobal BakıForumu maraqlı müzakirələri ilə yenidən dünya ictimaiyyətinindiqqətini Azərbaycana yönəltdi. “Keçid dövründə olan dünyada fikirayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan Forum budəfə də dünyanı düşündürən aktual məsələlərin müzakirəsi iləəlamətdar oldu. Eyni zamanda, tədbirdə nüfuzlu və tanınmış siyasiliderlərin iştirakı Qlobal Bakı Forumunun mühüm siyasi platformaolduğunu bir daha nümayiş etdirdi.

Qeyd edək ki, Qlobal Bakı Forumu Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyevin himayəsi və Nizami GəncəviBeynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən başlayaraqkeçirilir. Forumda hər il onlarla ölkədən görkəmli dövlətxadimləri, fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları,tanınmış siyasətçilər, diplomatlar, media nümayəndələri iştirakedirlər ki, bu da tədbirin siyasi çəkisini, nüfuzunu vəəhəmiyyətini daha da artırır. Qlobal Bakı Forumu siyasi liderlərədünyanı narahat edən məsələləri müzakirə etməyə, problemlərin həlliyollarının tapılması istiqamətində təşəbbüslərin uzlaşdırılmasınaşərait yaradır, habelə dövlətlərarası əməkdaşlığa, siyasimünasibətlərə konstruktiv töhfə verir, qarşılıqlı siyasi anlaşmaüçün əlverişli imkanlar formalaşdırır. Forumda irəli sürüləntəkliflər həm problemlərin həlli, həm də yeni əməkdaşlıqlarınyaranması ilə bağlı yeni düşüncələrin formalaşmasına töhfəverir.
Bu tədbirin Bakıda keçirilməsi isə respublikamıza qlobal səviyyədəverilən böyük önəmin göstəricisidir. Coğrafi baxımdan Şərq iləQərbin kəsişməsində yerləşən Azərbaycanın belə bir mötəbər tədbirəev sahibliyi etməsi ölkəmizin dünyada dialoqun qurulmasında mühümrolunu nümayiş etdirir. O cümlədən xalqımızın qədim tarixi, zənginmədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayandünya belə tədbirlər vasitəsilə Azərbaycanı daha yaxındantanıyır.

Qeyd etdiyim kimi XIII Qlobal Bakı Forumu “Keçid dövründə olandünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsrolundu. Dünyada münaqişə və müharibələrin geniş vüsət aldığı birvaxtda tədbirin məhz bu mövzuya həsr olunması mühüm əhəmiyyət kəsbetdi. Forumun sessiyalarında parçalanmış dünya nizamının müxtəlifsahələrdə - hərbi güc, iqtisadi məcburiyyət, enerji asılılığı,texnoloji imkanlar, informasiya nəzarəti və strateji təchizatmarşrutlarında necə təzahür etdiyi araşdırıldı. Müzakirələrdəhəmçinin yeni formalaşan sahələrin - kritik minerallar, təmizenerji infrastrukturu, rəqəmsal bağlılıq və qabaqcıltexnologiyaların zəif tərəfləri necə dərinləşdirdiyi və dövlətsiyasətini necə mürəkkəbləşdirdiyi nəzərdən keçirildi.

Forumun xüsusi diqqət mərkəzində olan məqamı AzərbaycanPrezidenti cənab İlham Əliyevin tədbirin açılış mərasimində etdiyiçıxış oldu. Bildiyimiz kimi, dövlətimizin başçısının regionda vədünyada cərəyan edən siyasi və iqtisadi proseslərə baxışı vəqənaətləri hər bir beynəlxalq tədbirdə iştirakçılar tərəfindənböyük maraqla qarşılanır. Cənab İlham Əliyevin XIII Qlobal BakıForumundakı nitqində toxunduğu məsələlər də müasir dünyanıdüşündürən məsələlərin həll yollarının müəyyən edilməsi və busahədə yeni ideyaların formalaşması baxımından mühüm əhəmiyyət kəsbetdi.

Prezident İlham Əliyevin Forumdakı çıxışı əsasən müasirçağırışları əhatə edən sülh, təhlükəsizlik, sabitlik, o cümlədənenerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafetdirilməsi ilə bağlı oldu. Müasir dünya olduqca narahat günləriniyaşayır. Son olaraq Yaxın Şərqdə baş verənlər sülh, təhlükəsizlikvə müdafiə məsələlərinin hər bir dövlət üçün nə qədər böyükəhəmiyyət kəsb etdiyini ortaya qoyur. Forumda Prezident İlhamƏliyevin çox düzgün olaraq qeyd etdiyi kimi, indi heç vaxt olmadığıqədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələlərihər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır, çünkibunlar olmadan qalan bütün məsələlər tamamilə mənasızdır.

Dövlətimizin başçısının dünyaya məhz bu çağırışı etməsiölkəmizin nümunəsində konkret təcrübəyə əsaslanır.

Azərbaycan əraziləri 30 il işğal altında qaldı. Ədalət vəbeynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, respublikamız bəzibeynəlxalq aktorların selektiv yanaşmasından əziyyət çəkdi, BMTTəhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qaldı. Beləreallıqlar şəraitində respublikamız BMT Nizamnaməsinin 51-cimaddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində gücyolu ilə ərazilərini işğaldan azad etdi. Bunun ardınca isəAzərbaycan siyasi yollarla regionda sülhü, təhlükəsizliyi vəəməkdaşlığı təmin edir. Beləliklə, ərazilərin güc yolu ilə azadedilməsindən regionda sülhün yaradılmasına qədər gedilən yolAzərbaycanın ziddiyyətli dünya nizamında yaratdığı unikal birnümunədir. Hansı ki, İkinci Dünya müharibəsindən sonra heç birmünaqişə bu şəkildə yoluna qoyulmayıb. Prezident İlham ƏliyevForumdakı çıxışında bunu nadir bir təcrübə kimi dəyərləndirdi:
«2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanıərazilərimizi güc vasitəsilə azad etmək təcrübəsini qazandıq vədüşünürəm ki, bu da mühüm göstəricidir. Əgər sülh yolu ilə həllüçün bütün ümid itir, ancaq həqiqət və ədalət, beynəlxalq hüquqsizin tərəfinizdədirsə, sülhə nail olmaq üçün gücdən istifadə etməkzəruridir. Məhz belə də oldu. Biz əvvəlcə güc tətbiq etməklə, dahasonra isə siyasi yollarla Ermənistanla sülhə nail olduq. Bu damüasir tarixdə, - müasir dedikdə son onillikləri nəzərdə tuturam, -nadir bir təcrübədir - ölkə özü güc tətbiq edərək suverenliyini vəərazi bütövlüyünü bərpa etdi».

Ən əsası, Prezident İlham Əliyevin dediyi kimi bu, bir dahagöstərir ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət vəsadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.

Artıq Azərbaycanla Ermənistan arasında yeddi aydır ki, faktikisülh şəraiti mövcuddur. Ötən ilin avqustunda Vaşinqtonda sülhsazişi layihəsinin paraflanmasından sonra baş verənlər sülhünüstünlüklərini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin XIIIQlobal Bakı Forumundan verdiyi «Sülhdən daha yaxşı heç nəyoxdur» mesajı dünyaya edilən bəşəri bir çağırışdır.

XIII Qlobal Bakı Forumunda dövlətimizin başçısı tərəfindənsəsləndirilən fikirlər Azərbaycanın regional sülhün təminatçısıolmaqla yanaşı, həm də qlobal enerji təhlükəsizliyinin etibarlızəmanətçilərindən olması barədə beynəlxalq ictimaiyyətdəformalaşmış qənaətləri daha da möhkəmləndirdi. Bir il əvvələ qədər12 dövlət Azərbaycandan təbii qaz alırdı, bu gün isə onların sayı16-ya çatıb. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə təbii qazixracatçısı kimi dünya lideridir. Prezident İlham Əliyev XIIIQlobal Bakı Forumunda bir daha bəyan etdi ki, Azərbaycan təbiiqazın, o cümlədən elektrik enerjisinin ixracını artıracaq və qlobalenerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.

Prezident İlham Əliyevin Forumdakı nitqində toxunduğuməsələlərdən biri də nəqliyyat dəhlizləri barədə oldu. Bu günregional və qlobal gündəmin əsas müzakirə mövzularından birinəqliyyat dəhlizlərinin inkişaf etdirilməsidir. Çünki nəqliyyatdəhlizləri əməkdaşlıq, təhlükəsizlik və sülh deməkdir. Bu reallığıAzərbaycan dövləti hər zaman düzgün qiymətləndirir. Təsadüfi deyilki, Azərbaycan həm Orta Dəhlizin, həm Şimal-Cənub nəqliyyatdəhlizinin tam gücü ilə fəaliyyət göstərməsində fəal iştirak edəndövlətdir. Bu baxımdan Prezident İlham Əliyevin XIII Qlobal BakıForumunda çıxışı zamanı nəqliyyat dəhlizlərinə yer ayırması həm dədünyaya əməkdaşlıq istiqamətində verilən mühüm mesaj idi. Çünkiməhz bu kimi faktorlar həm də sülhə və təhlükəsizliyə xidmətedir.

Sözsüz ki, Prezident İlham Əliyevin Forumdakı çıxışındatoxunduğu məsələlər, səsləndirdiyi mesajlar beynəlxalq ictimaiyyətinarahat problemlərin həlli istiqamətində yeni yanaşmalarınformalaşmasına böyük töhfə verəcək. Bütövlükdə isə XIII Qlobal BakıForumunda irəli sürülən təkliflər, edilən təşəbbüslər dünyadaəməkdaşlığın möhkəmlənməsinə, mövcud problemlərin ortaq həllyollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə xidmətedəcək.

Milli Məclisin deputatı,

Xanlar Fətiyev

Избранный
105
4
az.trend.az

5Источники