RU

Niyə paltarları radiatorların üstündə qurutmaq olmaz?

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Qış aylarında paltarların radiatorların üstündə qurudulması sağlamlıq üçün ciddi fəsadlar yarada bilər. Türkiyəli ekspert Muhammet Sinan Dağdeviren bu vərdişin qapalı məkanlarda rütubəti kəskin artırdığını bildirib. Ev daxilində yaradılan bu süni nəmlik kif göbələklərinin sürətlə çoxalmasına münbit şərait yaradır.Demokrat.az-ın məlumatına görə havanın rütubəti yüksəldikdə yaranan kif sporları tənəffüs yolları vasitəsilə orqanizmə daxil olur. Bu vəziyyət insanlarda allergik reaksiyalara, infeksiyalara və müxtəlif ağciyər problemlərinə yol açır. Xüsusilə astma və bronxit kimi xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə simptomların daha da ağırlaşması müşahidə edilir. Təhlükə uşaqlar üçün daha böyük risk daşıyır.Mütəxəssislər sağlamlığı qorumaq üçün paltarların mümkün qədər açıq havada və ya xüsusi qurutma otaqlarında qurudulmasını məsləhət görürlər. Əgər paltarlar mütləq evin içində qurudulmalıdısa, həmin otağın havalandırılması mütəmadi təmin edilməlidir. Bu sadə tədbir kif sporlarının yayılmasını minimuma endirməyə kömək edir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
demokrat.az

1Источники