RU

Müharibə Avropaya gedir PREZİDENTDƏN HƏYƏCAN ANONSU

Modern.az saytına istinadən ain.az xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç regionda təhlükəsizlik vəziyyəti ilə bağlı diqqət çəkən açıqlama verib.

Modern.az xəbər verir ki, Vuçiç Balkanlarda bəzi ölkələrin Serbiyaya qarşı mümkün hərbi ssenarilərə hazırlaşdığını deyib.

Prezident iddia edib ki, Xorvatiya, Albaniya və Kosovo Serbiyaya qarşı hücum planları qurur və bunun üçün beynəlxalq vəziyyətin daha da gərginləşməsini gözləyirlər. Onun sözlərinə görə, bu ölkələr Rusiya ilə Avropa arasında mümkün toqquşmanın dərinləşməsini və qlobal geosiyasi xaosun artmasını gözləyir.

Vuçiç bildirib ki, Orta Şərqdə davam edən müharibələr və beynəlxalq gərginlik bəzi dövlətlər üçün hərəkətə keçmək baxımından fürsət kimi qiymətləndirilə bilər.

Serbiya prezidenti həmçinin ölkəsinin hərbi potensialına da toxunub. O qeyd edib ki, Serbiya hipersəs ballistik raketlərinə malikdir və bu silahlar ölkənin müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirir.

Vuçiç çıxışında Serbiyanın xarici siyasət xəttinə də aydınlıq gətirib. Prezident vurğulayıb ki, Serbiya NATO-ya qoşulmaq niyyətində deyil və ölkə hərbi neytrallıq siyasətini davam etdirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
52
2
modern.az

4Источники