İranın raket hücumu zamanı İsrailin Baş naziri Benjamin Netanyahunun olduğu yeri açıqladığı iddia edilən hindistanlı jurnalist Aditya Raj Kaul sığınacaqda İsrail polisi tərəfindən saxlanılıb.
Məlumata görə, Kaul hücum zamanı Netanyahu-nun yerləşdiyi məkan barədə məlumat paylaşaraq onun yerini mediada ifşa edib. Hadisədən sonra İsrail polisi jurnalisti sığınacaqda saxlayaraq nəzarətə götürüb.
Qeyd olunur ki, həmin görüntü və məlumatlar Netanyahu-nun mediada yayılan son görüntüləri hesab olunur.
Hadisə ilə bağlı İsrail rəsmiləri hələlik geniş açıqlama verməyib./modern.az