RU

Aİ nümayəndəsi: Orta Dəhliz qlobal təchizat zəncirində həlledici rol oynayır

BAKI, 15 mart. TELEQRAF

Mövcud geosiyasi vəziyyət fonunda Orta Dəhliz qlobal təchizat zəncirində həlledici rol oynamağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais Qlobal Bakı Forumunun əlavə sessiyasında bildirib.

Diplomat çıxışında şimal marşrutundakı risklər və cənub istiqamətindəki qeyri-sabitlik səbəbindən investorların daha etibarlı alternativlərə yönəldiyini qeyd edib:

“Mərkəzi Asiya ölkələrində həyata keçirilən islahatlar region dövlətləri arasında əməkdaşlığı yeni mərhələyə daşıyıb və bu prosesə Azərbaycanın rəsmən qoşulması layihənin strateji çəkisini artırıb”.

O vurğulayıb ki, Avropa İttifaqı bu istiqamətdə nəqliyyat infrastrukturunun modernləşdirilməsi üçün ümumilikdə 10 milyard avro vəsait ayırıb.

E.Stiprais həmçinin bildirib ki, beynəlxalq maliyyə qurumları və iri logistika operatorları artıq bu dəhlizin gələcəyinə böyük etimad göstərirlər.

Избранный
21
teleqraf.com

1Источники