RU

“Ölməyibsə təkzib edin!” – Netanyahunun taleyi ilə bağlı sərt çağırış » AzadMedia.az

“Ölməyibsə

İsraildə baş nazir Benyamin Netanyahunun taleyi ilə bağlı yayılan şayiələr ictimai müzakirələri daha da gücləndirib.

Bizim.Media xəbər verir ki, israilli jurnalist Moşe Kohen hökumətə müraciət edərək Netanyahunun harada olduğu ilə bağlı rəsmi açıqlama verilməsini tələb edib.


Onun sözlərinə görə, artıq 24 saatdan çoxdur ki, Netanyahunun İranın hücumu zamanı öldürüldüyü barədə güclü söz-söhbətlər yayılır. Jurnalist qeyd edib ki, baş nazirin oğlu Yair Netanyahu da günlərdir “X” sosial şəbəkəsində heç bir paylaşım etməyib.


Kohen həmçinin bildirib ki, Netanyahunun süni intellektlə hazırlanmış olduğu iddia edilən videosunun yayılması şayiələri daha da artırıb. Onun fikrincə, İsrail hakimiyyətinin müharibə şəraitində belə bu məlumatların qarşısını almaq üçün addım atmaması cəmiyyətdə əlavə suallar doğurur.

Jurnalist hökumətə müraciət edərək deyib:

“Vətəndaşlara artıq bir cavab verin – bu ölkənin baş naziri haradadır? Niyə kabinetin iclasında yoxdur? Niyə çıxışı süni intellektlə hazırlanıb? Əgər ölməyibsə, rəsmi təkzib edin”. (

Избранный
32
5
azadmedia.az

6Источники