İranın raket hücumu zamanı İsrailin Baş naziri Benjamin Netanyahunun olduğu yeri açıqladığı iddia edilən hindistanlı jurnalist Aditya Raj Kaul sığınacaqda İsrail polisi tərəfindən saxlanılıb.
Kaul hücum zamanı Netanyahunun yerləşdiyi məkan barədə məlumat paylaşaraq onun yerini mediada ifşa edib. Hadisədən sonra İsrail polisi jurnalisti sığınacaqda saxlayaraq nəzarətə götürüb.
Qeyd olunur ki, həmin görüntü və məlumatlar Netanyahunun mediada yayılan son görüntüləri hesab olunur.
Hadisə ilə bağlı İsrail rəsmiləri hələlik geniş açıqlama verməyib. (Modern.az)
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта