RU

İsrail Baş Nazirinin Ofisi Netanyahunun ölüdürüldüyü iddialarına münasibət bildirib


İsrail Baş Nazirinin Ofisi sosial mediada yayılan Baş nazir Benjamin Netanyahunun öldürüldüyü barədə məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, “Deccan Chronicle” qəzetinin yazdığına görə, Netanyahunun ölümü ilə bağlı şayiələr Yaxın Şərqdə gərginliyin artması fonunda internetdə yayılmağa başlayıb. Bu gərginlik əsasən İran ərazisinə endirilən zərbələrdən sonra regionda vəziyyətin kəskinləşməsi ilə əlaqələndirilir.
Sosial mediada yayılan bir sıra təsdiqlənməmiş paylaşımlarda Netanyahunun öldürüldüyü və ya yoxa çıxdığı iddia olunurdu. Şayiələrin daha da güclənməsinə martın 13-də Netanyahunun rəsmi X hesabında yayımlanan video müraciət də təsir edib. Bəzi istifadəçilər videoda onun sağ əlində altı barmağın göründüyünü iddia edərək görüntünün süni intellekt vasitəsilə hazırlanmış ola biləcəyini irəli sürüblər.
Избранный
35
1
yeniavaz.com

2Источники