RU

Qvardiola: “Premyer Liqa artıq dünyanın ən yaxşı çempionatı deyil”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə klublarının Çempionlar Liqasının 1/8 final mərhələsindəki oyunlarını şərh edib.

Msport.az xəbər verir ki, o, Premyer Liqanın artıq dünyanın ən yaxşı çempionatı olmadığını bildirib:

” Əvvəl İngiltərə dünyanın ən yaxşı liqası idi. Həftəortası baş verənlərdən sonra belə demək olmaz. Buna baxmayaraq, mən yenə də inanmam ki, bizim inanılmaz liqamız var. Sadəcə biz daha yaxşı çıxış edə bilərdik”.

Qeyd edək ki, “Mançester Siti” “Real”a 0:3, “Tottenhem” “Atletiko”ya 2:5, “Liverpul” isə “Qalatasaray”a 0:1 uduzub. “Arsenal” “Bayer”lə çətinliklə heç-heçə edib – 1:1.

Избранный
19
msport.az

1Источники