RU

Təyyarələrdə çay və su istədikdə 2 dəfə düşünün – Dəhşətli araşdırma

Uçuş zamanı bir çox sərnişin düşünmədən stüardessadan çay və ya qəhvə sifariş edir. Lakin çox az adam fikirləşir ki, həmin içkilərin hazırlanmasında istifadə olunan su əslində haradan gəlir və nə qədər təhlükəsizdir. Maraqlıdır ki, təyyarələrdə istifadə olunan su evlərdəki kimi birbaşa şəhər su sistemindən gələn davamlı təzə su deyil. Bu su xüsusi çənlərdə saxlanılır və yer xidmətləri tərəfindən təyyarəyə doldurulur.

Son illərdə aparılan araşdırmalar bu mövzunu yenidən gündəmə gətirib. 2022–2025-ci illər arasında araşdırılan on minlərlə təyyarə suyu nümunəsinin bir hissəsində bakteriya izləri aşkarlanıb və bəzi hava yollarında suyun təhlükəsizlik standartlarına tam uyğun olmadığı bildirilib.

Təyyarədə su sistemi necə işləyir?

Təyyarələrdə istifadə olunan su əvvəlcə hava limanlarında xüsusi avadanlıqlarla təyyarənin su çənlərinə doldurulur. Bu çənlərdə saxlanılan su daha sonra mətbəx bölməsinə və tualet kranlarına ötürülür.

Lakin mütəxəssislərin sözlərinə görə, problem əsasən su çənlərinin müntəzəm və düzgün şəkildə dezinfeksiya edilməməsi ilə bağlı yarana bilər. Uzun müddət təmizlənməyən çənlərdə bakteriya və digər mikroorqanizmlərin yaranma ehtimalı artır.

Kabin heyəti hansı içkilərə ehtiyatla yanaşır?

Bu səbəbdən bəzi pilotlar və kabin heyəti təyyarədə müəyyən içkilərdən istifadə edərkən daha ehtiyatlı davranır. Onların ən çox çəkinərək istifadə etdiyi içkilərdən biri çay və qəhvədir.

Bunun əsas səbəbi həmin içkilərin hazırlanmasında təyyarənin su çənində saxlanılan sudan istifadə olunmasıdır. Eyni səbəbdən tualet kranlarından gələn su da kabin heyəti tərəfindən içmək üçün istifadə edilmir. Hətta bəzi stüardessalar dişlərini fırçalamaq üçün belə şüşə suya üstünlük verdiklərini bildirirlər.

Təyyarədə hansı qidalar riskli sayılır?

Servis zamanı təqdim edilən bəzi qidalar da riskli hesab olunur.

Açıq şəkildə servis edilən süd və qaymaq servis arabasında uzun müddət qaldıqda tez xarab ola bilər.

Dəniz məhsulları tez xarab olduğu üçün ehtiyatla seçilir.

Souslu qırmızı ət yeməkləri yenidən qızdırıldıqda quruluq yarada və bəzi sərnişinlərdə həzm problemlərinə səbəb ola bilər.

Çox ədviyyatlı yeməklər kabin təzyiqi səbəbindən mədə yanması riskini artıra bilər.

Hazırlanma vaxtı məlum olmayan açıq sendviç və salatlar da bəzən riskli hesab edilir.

Daha təhlükəsiz hesab olunan seçimlər

Kabin heyətinin daha təhlükəsiz hesab etdiyi seçimlər isə əsasən qablaşdırılmış məhsullardır.

İçkilər arasında şüşə su, bankada təqdim olunan içkilər və şüşə qablaşdırılmış meyvə şirələri daha etibarlı sayılır. Yeməklər arasında isə paketli qoz-fındıq və quru meyvələr, biskvit və kraker kimi uzun müddət xarab olmayan məhsullar üstünlük təşkil edir.

Bəzi stüardessalar isə səfər zamanı öz yeməklərini özləri ilə gətirməyi daha təhlükəsiz hesab edirlər.

Mütəxəssislər nə deyir?

Mütəxəssislər qeyd edirlər ki, bu risklər hər təyyarədə və hər uçuşda mütləq problem olduğu anlamına gəlmir. Lakin su çənlərinin müntəzəm təmizlənməsi və gigiyena qaydalarına ciddi riayət edilməsi təyyarə daxilində istifadə olunan suyun təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır./yenisabah.az

Избранный
28
7
turkustan.az

8Источники