RU

Yaponiya Hörmüz boğazına hərbi gəmi göndərmək təklifinə "yox" dedi

Yaponiya hakim Liberal Demokrat Partiyasının (LDP) siyasət şöbəsinin rəhbəri Takayuki Kobayaşi Hörmüz boğazında neft tankerlərinin mühafizəsinə kömək məqsədilə hərbi gəmilərin göndərilməsi üçün şərtlərin "olduqca ağır" olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o NHK ictimai telekanalında açıqlamasında bildirib.

Bu açıqlama ABŞ Prezidenti Donald Trampın Yaponiya da daxil olmaqla müttəfiq ölkələri strateji su yolunda tankerləri müşayiət etməyə çağırmasından cəmi bir neçə saat sonra səsləndirilib.

Kobayaşi qeyd edib ki, mövcud Yaponiya qanunlarına əsasən, bölgəyə hərbi dəniz qüvvələrinin göndərilməsi üçün hüquqi maneələr kifayət qədər yüksəkdir.

"Hüquqi baxımdan biz bu ehtimalı tamamilə istisna etmirik. Lakin hazırda davam edən münaqişə fonunda bu məsələ böyük ehtiyatla nəzərdən keçirilməlidir", — deyə o əlavə edib.

Xatırladaq ki, Hörmüz boğazı qlobal neft ticarəti üçün həyati əhəmiyyət kəsb edən əsas su yollarından biridir və son zamanlar İranla baş verən hərbi toqquşmalar səbəbindən burada gərginlik pik həddə çatıb.


Избранный
3
3
azia.az

4Источники