Qış “transfer pəncərəsi”ndə “Turan Tovuz”dan “Kəpəz”ə transfer olunan, ötən ayın əvvəlində Gəncə şəhərinin mərkəzində bıçaqlanan Veysəl Rzayev hadisədən təxminən 10 gün sonra evə buraxıldı. Futbolçu hazırda ev şəraitində müalicəni davam etdirir. İdmanla, futbolla məşğul olacaq durumda deyil. Məşqlərə də təxminən gələn ay başlaması gözlənilir.
Dünya futboluna vəziyyət belədi: adətən, sağlıq durumu ilə bağlı problem yaşayan futbolçular maaş alır. Çünki ya oyunda, ya da məşqdə, yəni iş prosesində zədələnir. Təbii ki, belədə onun müqavilə ilə bağlı olduğu klub bütün maliyyə öhdəliklərini yerinə yetirməyə məcburdu. Amma 23 yaşlı yarımmüdafiəçinin meydandankənar problemlə üzləşməsi, yatmalı olduğu saatda çöldə olması və bıçaqlanması normal hal deyil.
Bəs Veysəl klubdan maaşını alır, ya yox? Bu məsələni Gəncə təmsilçisinin Media və Marketinq departamentinin direktoru Gəray Qiyasovla dəqiqləşdirdik. Onun dediyinə görə, futbolçu komandaya kömək edə bilməsə də, maaşını alır.
Xatırladaq ki, Rzayevin “Kəpəz”lə müqaviləsinin müddəti mövsümün sonuna qədərdi.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта