“Tramp panika içindədir: sursatı bitir, reytinqi düşür, qaqaşının öldü-qaldısı məlum deyil, İranda isə zibilə düşüb...”
"Yeni Sabah" xəbər verir ki, bunu politoloq Asif Şəfəqqətov bildirib.
Onun fikrincə, Trampın strategiyası mart ayında İranı ABŞ-ın təsir dairəsinə daxil etməkdən başlayaraq Çin və Rusiyanı ram etməyi, sonrakı aylarda Latın Amerikası, Afrika və Asiya ölkələrini özünə tabe etməyi nəzərdə tuturdu. Planın zirvəsi isə ABŞ-ın 250 illik yubileyində öz heykəlini açmaq və 2027-ci ilin fevralında özünü “imperator” elan etmək idi:
“Amma planın elə 1-ci bəndində ilişdi. İran, Rusiya və Çin tələyə düşmüş Trampı ondan çıxmağa qoymayacaqlar. ABŞ sanki ayağından qanqrenaya düçar olub. Onun üçün ən yaxşısı vaxtında bu ayağı kəsmək (reputasiya, nüfuz və maliyyə itkisi ilə razılaşmaq) olar. Vaxtında kəsməsə, daha çox orqanını, çox geciksə – həyatını itirəcək.
Üçlük Trampın xarakterini yaxşı bilir deyə onun hissləri ilə oynayacaq, tələdən çıxmasına imkan vermir. Tramp müxtəlif kanallarla İrana danışıqlar təklif edir, lakin İran danışıqlara başlamaq üçün Trampın qarşısında çox ağır şərtlər qoyur. Məsələn, İran epşteynçilərin İrana vurduğu ziyana görə təzminat istəyir. Bu şərti yalnız qeyd-şərtsiz məğlub olmuş ölkə qəbul edə bilər. II DM-dən sonra belə şərti qəbul edən ölkə yadıma gəlmir.
İran sanki qəsdən elə şərtlər qoyur ki, Tramp nə danışıqlara başlaya bilsin, nə də müharibədən çıxa bilsin. Çünki ABŞ qaçsa da bu şərtlər qüvvəsində qalacaq – İran ABŞ-ın ən azı Körfəz ölkələrindəki beynəlxalq aktivlərini mənimsəyə bilər (Rusiya və Çin də buna dəstək olacaqlar – Qərbin Rusiyanın beynəlxalq aktivlərini mənimsədiyi kimi). Yəni Trampa müharibədən çıxmaq üçün şans vermirlər. Onun yalnız bir yolu qalır – müharibəni davam etdirmək və qalib gəlmək!
ABŞ-ın uzunmüddətli müharibə üçün sursatı yoxdur. Deməli, o qısa müddətə hansısa riskli əməliyyat keçirməlidir. Bu da, yəqin ki, 5-15 min nəfərlik quru desantı əməliyyat(lar)ı olacaq. Hər halda üçlük onu bu cığıra salmağa çalışır. Çox güman ki, üçlük buna çoxdan hazırlaşıb və əməliyyat zamanı Amerika əsgərləri dənlənəcək (rusiyalılar onları fpv-dronlarla təmassız qıra bilərlər), helikopterləri və desant gəmiləri məhv ediləcək...
...və bundan sonra Amerika imperiyası qısa müddət ərzində tarixə qovuşacaq".
Əsmətxanım Rzazadə
Telegram kanalımız