RU

Yadplanetlilər rus dilinin dünya dilinə çevrilməsinə hazırlaşırlar

Məşhur rusiyalı müğənni Katya Lel diqqət çəkən fikirlər səsləndirib.

Publika.az xəbər verir ki, sənətçi Teleqram kanalında paylaşım edərək yadplanetlilərin onun hit mahnısını oğurladığını iddia edib. Söhbət "Moy marmeladnıy" mahnısından gedir.

"Onlar "Marmeladnı"nı bütün dünyanı yeni enerji ilə doldurmaq üçün istifadə etdilər. Bu, 2023-cü ildə özünü göstərdi. Bu, izaholunmaz bir faktdır. O, günə 100 milyon baxış və ilk dəfə olaraq Spotify-ın rusdilli albomlarının ən yaxşı üçlüyündə yer alaraq Taylor Swift-i geridə qoydu", -sənətçi yazıb.

Lel belə hesab edir ki, yadplanetlilər bu yolla rus dilinin dünya dilinə çevrilməsinə hazırlaşırlar.

Избранный
33
2
publika.az

10Источники