RU

Arda ilin qolunu vurdu! - O, La Liqanın rekordunu təkrarladı

La Liqanın 28-ci turunda ''Real'' ''Elçe''ni qəbul etdi. Heyətdəki ciddi itkilərə baxmayaraq Madrid nəhəngi rəqiblərini darmadağın etməkdə davam edir.

"Football-plus.az" xəbər verir ki, ''Mançester Siti'' üzərində qazanılan 3:0-lıq mükəmməl zəfərin ardından ''kral klubu'' indi də ''Elçe''ni 4:1 məğlub etdi.

Rüdiger, Valverde və Höysenin qollarının ardından Manuel Anxelin avtoqolu ilə qonaqlar təsəlli topunu vurdular. Matçın ən yaddaqalan epizodu isə 89-cu dəqiqəyə təsadüf etdi. 58-ci dəqiqədə Vinisiusun yerinə oyuna daxil olan Arda Gülər görüşün son anlarında meydanın özünə aid hissəsində topu qəbul etdi və... onu birbaşa qapıya göndərdi! Beləcə türkiyəli ulduz mövsümün ən gözəl qollarından birini vurdu və komanda yoldaşları ilə birlikdə böyük sevinc yaşadı.

Arda daha öncə də bir neçə dəfə La Liqa matçlarında uzaq məsafədən qapıçının başı üzərindən zərbələr endirmiş, amma istəyinə çatmamışdı. Bu dəfə o, nəhayət arzusuna çatdı. Baş məşqçi Alvaro Arbeloa matçın ardından bu qol ilə bağlı bunları dedi:

''Bu qolun posterini çıxarın və divarınızdan asın. Mükəmməl və inanılmaz bir qoldu. Oyuna baxmağa gələn insanlar bu gün yüz faiz biletə ödədikləri pulun qarşılığını aldılar''.

Braim Dias isə ''indiyə qədər belə qol görməmişdim'' dedi. İspaniya mətbuatı bu qolun indidən Puşkaş mükafatına, yəni ilin ən yaxşı qolu seçilməyə əsas namizəd olacağını iddia edib.

Bu arada Ardanın 68 metrdən fərqlənməklə ən uzaq məsafədən vurulan qol baxımından La Liqanın rekordunu təkrarladığı məlum olub. 2004-cü ildə ''Numansiya''lı Antonio Xose də ''Sevilya'' ilə görüşdə bu məsafədən qol vurmuşdu. ''Real''ın tarixində isə buna qədər ən uzaq məsafədən vurulan qolun müəllifi 1995-ci ildə 58 metrdən fərqlənən Mikel Lasa olmuşdu.
Избранный
42
1
football-plus.az

2Источники