GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
“ABŞ-ın Yaxın Şərqdəki hərbi münaqişədə Ukraynanın köməyinə ehtiyacı yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi müsahibədə bildirib.
O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Amerika ordusuna İran dronları ilə mübarizədə kömək etmək təklifini rədd edib.
“Köməyə ehtiyac duyduğumuz sonuncu şəxs Zelenskidir”, – Tramp deyib.
Eyni zamanda, o, ABŞ-ın İran dronlarına qarşı mübarizədə Ukrayna texnologiyalarından və inkişaflarından istifadə edib-etməməsi sualına cavab verməkdən yayınıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.