RU

ABŞ Venesuelanın enerji sektoru üçün icazələrini genişləndirib

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Venesuelanın enerji sektoru üçün icazələrini genişləndirib.

Banco.az xəbər verir ki, ABŞ Xəzinə Nazirliyinin “X” hesabında yayımlanan açıqlamada bildirilib ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Venesuela iqtisadiyyatının həm Amerika, həm də Venesuela xalqının maraqlarına uyğun şəkildə yenidən canlandırılması istiqamətində fəaliyyət göstərir.

Açıqlamada qeyd olunub ki, Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Venesuelanın enerji sektorunun bərpasını daha da dəstəkləmək və qlobal əmtəə bazarında təklifin kifayət qədər olmasını təmin etmək məqsədilə bir sıra lisenziyaları yeniləyib. Bildirilib: “Bu icazələr Venesuelanın enerji sektorunda icazə verilən investisiya və fəaliyyətlərin miqyasını genişləndirir və böyük Amerika fermerlərini dəstəkləmək məqsədilə gübrənin birbaşa ABŞ-a ixracına imkan yaradır”.

Nazirliyin yenilədiyi lisenziyalara əsasən, OFAC Venesuela mənşəli neftin alınması ilə yanaşı, gübrə də daxil olmaqla neft-kimya məhsullarının ABŞ-lı qurumlar tərəfindən ABŞ-a idxal olunmaq üçün satın alınmasına, həmçinin Venesuelanın elektrik və neft-kimya sektorlarını dəstəkləyən fəaliyyətlər üçün mal, xidmət və ya texnologiya təmin edilməsinə icazə verib.

Bundan əlavə, daha əvvəl lisenziya verilmiş neft və qaz sektorları ilə yanaşı, Venesuelanın elektrik və ya neft-kimya məhsulları sektorunda yeni investisiyalar üçün şirkətlərin şərti müqavilələr üzrə danışıqlar aparmasına da icazə verilib.

Lakin bu cür hər hansı müqavilənin həyata keçirilməsi üçün “Xarici Aktivlərə Nəzarət Ofisi”ndən ayrıca icazə alınması məcburi hesab olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
banco.az

2Источники