RU

ABŞ iqtisadiyyatı gözləniləndən daha az böyüyüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ iqtisadiyyatı gözləniləndən daha az böyüyüb.

Banco.azxəbər verir ki, ABŞ Ticarət Nazirliyi 2025-ci ilin oktyabr–dekabr dövrünə dair ümumi daxili məhsul (ÜDM) göstəricisinin ikinci qiymətləndirməsini açıqlayıb.

Məlumata görə, ABŞ iqtisadiyyatı ötən ilin son rübündə illik hesabla 0,7 faiz artım göstərib. Keçən ay yayımlanan ilkin məlumatlarda isə ABŞ iqtisadiyyatının 2025-ci ilin dördüncü rübündə 1,4 faiz artacağı proqnozlaşdırılmışdı.

Ölkə iqtisadiyyatı ötən ilin birinci rübündə 0,6 faiz daralma qeydə alıb, ikinci rübdə 3,8 faiz, üçüncü rübdə isə 4,4 faiz artım nümayiş etdirib. ABŞ iqtisadiyyatı 2025-ci il üzrə ümumilikdə 2,1 faiz böyüyüb.

Bununla yanaşı, iqtisadi artım tempinin əvvəlki illə müqayisədə ötən il daha zəif olduğu müşahidə olunub. Belə ki, ABŞ iqtisadiyyatı 2024-cü ildə 2,8 faiz artım göstərmişdi.

Ötən ilin son rübündə istehlak xərcləri və investisiyalardakı artım real ÜDM-in yüksəlməsinə müsbət təsir göstərib. Lakin bu artım dövlət xərcləri və ixracın azalması ilə qismən tarazlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
2
1
banco.az

2Источники