ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranı xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jean-Noel Barrot ilə telefon danışığı aparıb, Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında vəziyyət müzakirə edilib.
APA xəbər verir ki, bu barədə Abbas Əraqçi “Telegram”-da paylaşım edib.
Telefon danışığı zamanı regionda və Hörmüz boğazı ətrafında yaranmış qeyri-sabitl vəziyyət diqqət mərkəzində olub. Abbas Əraqçi bununla bağlı məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü söyləyib. Eyni zamanda İranın müdafiə xarakterli addımlarının yalnız regiondakı ABŞ-ın hərbi bazaları və obyektlərinə qarşı yönəldiyini və region ölkələrinə qarşı hücum kimi qiymətləndirilməməli olduğunu qeyd eidb.
Tərəflər bir sıra konsulluq məsələləri ilə bağlı da fikir mübadiləsi aparıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.