RU

“Neft alan ölkə neftini Hörmüz boğazından özü keçirməlidir” –TRAMP

“Amerika Birləşmiş Ştatları İranı hərbi, iqtisadi, həm də digər cəhətdən tamamilə məhv edib. Lakin Hörmüz boğazından neft alan dünya ölkələri bu keçidi öz üzərilərinə götürməlidirlər”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O, sosial media hesabında ABŞ-ın İranı həm hərbi, həm də iqtisadi cəhətdən tamamilə məğlub etdiyini bildirib. Trampın sözlərinə görə, buna baxmayaraq, Tehran hələ də Hörmüz boğazında təhlükə yarada bilər. O qeyd edib ki, İran dronlar göndərmək, suya mina yerləşdirmək və ya qısa mənzilli raket zərbələri endirmək kimi addımlar ata bilər. ABŞ prezidenti bildirib ki, Vaşinqton bu təhlükənin qarşısını almaq üçün regionda hərbi fəaliyyətini davam etdirəcək.

ABŞ lideri həmçinin Hörmüz boğazının açıq və təhlükəsiz qalması üçün bir neçə ölkənin ABŞ ilə birlikdə bölgəyə hərbi gəmilər göndərməli olduğunu bildirib. Tramp xüsusilə Çin, Fransa, Cənubi Koreya, Yaponiya və Böyük Britaniya kimi ölkələrin də bu prosesə qoşulacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, neft daşınmasının əsas marşrutlarından biri olan bu boğazın təhlükəsizliyi təkcə ABŞ-ın deyil, həm də dünyanın bütün ölkələrinin maraqlarına uyğundur.

Tramp əlavə edib ki, ABŞ bölgədəki İran hərbi obyektlərinə və sahil xəttinə zərbələri davam etdirəcək və İran hərbi qayıqları və gəmilərinin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər görəcək. O, Vaşinqtonun Hörmüz boğazının “açıq, təhlükəsiz və azad” qalmasını təmin etmək niyyətində olduğunu vurğulayıb.

Ekspertlər hesab edirlər ki, ABŞ prezidentinin bu açıqlamaları əslində Hörmüz boğazının bağlanmasından ən çox təsirlənən ölkələrə  çağırışdır. Tramp hesab edir ki, Vaşinqton məsuliyyəti təkbaşına daşımaq istəmir və enerji təhlükəsizliyindən faydalanan dövlətlər də məsuliyyəti bölüşməlidirlər.

Qeyd etmək lazımdır ki, Hörmüz boğazı qlobal neft ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi strateji yollardan biridir. Dünya neftinin təxminən 20%-i, mayeləşdirilmiş təbii qaz tədarükünün isə 30%-ə qədəri Hörmüz boğazından keçir və bu da onu planet üçün əsas enerji arteriyasına çevirir.

AzPost.az

Избранный
10
1
azpost.info

2Источники