GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jean-Noel Barrot ilə telefon danışığı aparıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Abbas Əraqçi “Telegram” kanalında paylaşım edib.
O, Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında vəziyyətin müzakirə olunduğunu bildirib.
Abbas Əraqçi bununla bağlı məsuliyyətin ABŞ və İsrailin üzərinə düşdüyünü söyləyib.
Eyni zamanda o, İranın müdafiə xarakterli addımlarının yalnız regiondakı ABŞ-ın hərbi bazaları və obyektlərinə qarşı yönəldiyini və region ölkələrinə qarşı hücum kimi qiymətləndirilməməli olduğunu deyib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.