RU

Mıktıbek Orolbaydan tarixi rekord: Həbib Nurməhəmmədovun izi ilə

Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilən “UFC Fight Night 269” turnirində qırğızıstanlı döyüşçü Mıktıbek Orolbay böyük uğura imza atıb.

İdman.Biz xəbər verir ki, amerikalı Kris Kortisə qarşı keçirdiyi döyüşdə o, rəqibini 19 dəfə yerə sirməklə (teykdaun) yarımyüngül çəki dərəcəsinin rekordunu yeniləyib.

Bu nəticə eyni zamanda bütün çəki dərəcələri üzrə UFC tarixinin üçüncü ən yüksək göstəricisidir. Hazırda bu siyahıda liderliyi 21 uğurlu teykdaunla (UFC 160 turnirində Abel Truxilyoya qarşı) əfsanəvi döyüşçü Həbib Nurməhəmmədov qoruyur. İkinci pillədə isə 20 teykdaunla (UFC 320 turnirində Kori Sandhagenə qarşı) gürcüstanlı Merab Dvalişvili qərarlaşıb.

Orolbay mətbuat konfransında çıxış edərək hədəfinin mütləq rekord olduğunu bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
1
icma.az

2Источники