İran indiyədək İsrailə qarşı 290-dan çox raket və 500-dən artıq pilotsuz uçuş aparatı buraxıb. Metbuat.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Məlumata görə, bu rəqəmlər Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun hesablamalarına əsaslanır. Təl-Əvivdə yerləşən analitik mərkəz belə statistikanı açıqlayıb, çünki İsrail hakimiyyəti regiondakı bəzi digər ölkələrdən fərqli olaraq öz ərazisinə edilən hücumlarla bağlı rəsmi məlumatları dərc etmir.Eyni zamanda İsrail Müdafiə Qüvvələri bildirir ki, İranın İsrailə raket buraxmaq imkanları xeyli azalıb və son vaxtlar orta hesabla yalnız bir-iki raketin düşməsi qeydə alınır.Nümunə olaraq İsrail ordusunun nümayəndəsi İranın şimal-qərbində yerləşən bir bölgəni göstərib. Onun sözlərinə görə, müharibənin ilk günlərində həmin ərazidən onlarla raket buraxılışı həyata keçirilsə də, son bir həftə ərzində oradan heç bir raket buraxılmayıb.