Türkiyəyə 72 cinayətkar ekstradisiya olunub, onlardan 32-si "qırmızı bülleten" ilə, 40-ı isə milli səviyyədə axtarışda olub.
"Far.Az" xəbər verir ki, bu barədə məlumat Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) "X"dəki hesabında yayılıb.
Bildirilib ki, Türkiyəyə ekstradisiya olunanlardan 54-ü Gürcüstan, 9-u Almaniya, 2-si Monteneqroda olub. "Argentina, Kolumbiya, İraq, Rusiya, İsveç, Şimali Kipr Türk Respublikası və Bolqarıstanın isə hərəsindən 1 nəfər Türkiyəyə gətirilib",- DİN-in məlumatında qeyd olunub.
🔴 Kırmızı Bültenle Aradığımız 32,
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) March 15, 2026
❌ Ulusal Seviyede Aradığımız 40 Suçlu olmak üzere
Toplam 72 suçlu; Gürcistan(54), Almanya(9), Karadağ(2), Arjantin, Kolombiya, Irak, Rusya, İsveç, K.K.T.C. ve Bulgaristan’dan ülkemize geri getirildi.
🔴 Kırmızı Bültenle Uluslararası Seviyede… pic.twitter.com/MEGqayzkY8