RU

Ağcabədidə iki maşın toqquşdu: 4 nəfər xəsarət aldı

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gecə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Mehralızadə Saya Vüsal oğlunun idarə etdiyi “Chevrolet” markalı avtomobil İsmayılov Rövşən Sərdar oğluna məxsus “VAZ-2106” markalı maşınla toqquşub.

 

Toqquşmanın təsirindən “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.

 

Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü Rövşən İsmayılov, onun sərnişini Eldəniz Əbülfət oğlu Məmmədov, həmçinin “Chevrolet”in sürücüsü Saya Mehralızadə və sərnişini, 1996-cı il təvəllüdlü Gülüm İxtiyar qızı Mehralıyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

 

Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

**

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu qoyulub.

 

Xəsarət alan şəxslərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri orta-ağır qiymətləndirilir.


Избранный
21
33
senzor.az

10Источники