RU

Ukraynanı ballistik raketlərdən qoruyacaq sistemlər alınır

Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla Kiyevə SAMP/T zenit-raket komplekslərinin verilməsi barədə razılıq əldə edildiyini bildirib.

Publika.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.

V.Zelenskinin sözlərinə görə, danışıqların əsas mövzusu ABŞ-nin "Patriot" sistemlərinə alternativ olub. SAMP/T ballistik raketləri əngəlləyə bilən yeganə Avropa sistemidir.

"Biz bu il yeni SAMP/T sistemlərinin ballistik raketləri vurub-vurmadığını görəcəyik", - deyə Zelenski qeyd edib.

Избранный
22
3
publika.az

4Источники