RU

“Təəssüf ki, Raufun ayağı sürüşdü” – Azər Bağırov

Misli premyer-liqasının 24-cü turunda “Kəpəz” “Turan Tovuz”la heç-heçə etdi.

Oyundan sonra Azər Bağırov jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oldular. Futbolçularımız yaxşı oynadı, qollar oldu. Texniki çatışmazlıqlarımız var. Oyundan-oyuna yaxşı olmağa çalışacağıq. İstədiyimiz oyunu oymamağı bacaracağıq.

- Batista “Neftçi”yə belə qol vurmuşdu. Bunun üzərində işləmişdiz?
- Səhv ondan başlamadı. İrəlidə top bizdə olanda itirdik. Mövqe boşalmışdı. Təəssüf ki, Raufun ayağı sürüşdü. Onların da usta futbolçuları var.

- “Kəpəz”in sabit şəkildə belə istəkli olmamasının səbəbi nədi?
- Məncə, son oyunlarda istəkliyik. “Sumqayıt”a, “Zirə”yə qarşı oyunlar da belə idi. Son 4-5 oyunda göz dəyməsin, sabit oynayırıq. Meydançada futbol oynayırıq. Uşaqlara təşəkkür edirəm, dediklərimi həyata keçirdilər.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
65
1
football-plus.az

2Источники