RU

"Vacib xal itirdik" - Kurban Berdiyev

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan Tovuz" "Kəpəz"in qonağı olub. Qarşılaşma yekunlaşıb.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra oyun barədə fikirlərini bölüşüb:

"Bu gün bizim üçün kifayət qədər vacib olan iki xalı itirdik. Oyunun ikinci hissəsi fərqli alındı. Artıq bu nəticəni geridə qoyub növbəti qarşılaşmaya hazırlaşacağıq".

Təcrübəli mütəxəssis ilk hissədə Enrikenin zədələnərək matçı məcburi tərk etməsi fonunda meydana daxil olan Faiq Hacıyevin performansını da qiymətləndirib:

"Faiq Hacıyev isə uzun müddət oyun praktikasından uzaq qaldığı üçün onun çıxışında müəyyən səhvlər müşahidə olunurdu. Digər oyunçumuz Millerə gəldikdə isə, o, zədəli olduğu üçün bu gün meydana çıxa bilmədi".

K.Berdıyev "Zirə" və "Neftçi" üzərindəki qələbələrdən sonra autsayderlə oyunda büdrəmənin səbəbini psixoloji amillərlə əlaqələndirib:

"Burada əsas məsələ emosional vəziyyətdir. Futbolçular turnir cədvəlinin aşağı pillələrində qərarlaşan komandalarla oyunlara köklənməkdə bəzən ciddi problemlər yaşayırlar".

Избранный
76
1
teleqraf.com

2Источники