Misli Premyer Liqasında (MPL) XXIV tura bu gün yekun vurulur.
Offsideplus.az xəbər verir ki, qapanış matçında "Qəbələ" "Neftçi"ni qəbul edir.
Hər iki komanda son turda məğlub olub.
"Neftçi" 31 xalla 7-ci, "Qəbələ" isə 16 xalla 11-ci yerin sahibidiri.
MPL, XXIV tur
15 mart (bazar)
18:00. “Qəbələ” 1:0 “Neftçi” (ilk hissə)
Qol: Seydina Keyta (19', penalti)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Qəbələ şəhər stadionu