RU

ABŞ Xameneini ölkəyə “yararsız” hesab ETDİ

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ kəşfiyyatı İranın keçmiş ali liderinin oğlu ilə bağlı fikirlər irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumata görə, İranın keçmiş ali lideri Ali Xamenei oğlu Müctəba Xameneini “o qədər də ağıllı olmayan” və ölkəyə rəhbərlik etmək üçün yararsız hesab edib.

Telekanal qeyd edir ki, gənc Xamenei ilə bağlı məlumatlar ABŞ Prezidenti Donald Tramp, Vitse-prezidenti Cey Di Vens və digər yüksək vəzifəli Amerika rəsmiləri ilə paylaşılıb.

Bildirilir ki, Tramp bu məlumatın əhəmiyyəti ilə bağlı şəxsi şübhələrini də ifadə edib və İranı faktiki olaraq liderliyi olmayan bir ölkə kimi qiymətləndirib.

Ağ Ev rəhbəri həmçinin martın 15-də Müctəba Xameneinin sağ olub-olmaması ilə bağlı şübhələrini dilə gətirib və əlavə edib ki, əgər o sağ deyilsə, ölkəsi üçün edə biləcəyi ən ağıllı addım təslim olmaq olardı.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
redaktor.az

2Источники