RU

“Macarıstan hökuməti Ukraynanın təzyiqinə boyun əyməyəcək”


Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın ölkəsinə təzyiq göstərərək nəticə əldə edə bilməyəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Budapeştdə keçirilən və hökuməti dəstəkləyən minlərlə insanın qatıldığı “Sülh Yürüşü”ndən sonra təşkil olunan mitinqdə danışıb.
Baş nazir çıxışında Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyadan gələn neftin nəqlinə mane olmaqda ittiham edib. Orbanın sözlərinə görə, Kiyev “Drujba” neft kəməri vasitəsilə tədarükü bloklamaqla Macarıstanı qorxuda biləcəyini düşünür.
“Macarıstan min illik tarixə malik dövlətdir və bizi şantajla qorxutmaq mümkün deyil. Macarları parçalamaq istəyənlər bunu yüz illər əvvəl etməli idilər”, – deyə Orban bildirib.
Hökumət başçısı vurğulayıb ki, Budapeşt Ukraynanı Macarıstana yönələn neft tədarükünü bərpa etməyə məcbur edəcək və ölkə ərazisindən “mafiya pullarının” daşınmasına imkan verməyəcək. Onun sözlərinə görə, martın 5-də Macarıstan təhlükəsizlik xidmətləri Vyanadan Kiyevə aparılan 40 milyon dollar, 35 milyon avro nağd pul və 9 kiloqram qızıl külçə ilə bağlı əməliyyat keçirərək daşıyıcıları saxlayıb.
Orban həmçinin bildirib ki, Avropa İttifaqının mövqeyindən asılı olmayaraq, Macarıstan hökuməti Ukraynanın təzyiqinə boyun əyməyəcək və Kiyevə güzəştə getməyəcək.
Избранный
55
yeniavaz.com

1Источники