RU

Qazaxıstanda keçirilən referendumda səsvermə başa çatıb

Qazaxıstan ərazisində yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00-da) yeni konstitusiya layihəsi üzrə referendumda səsvermə başa çatıb.

"Far.Az" xəbər verir ki, respublika hüdudlarından kənarda bəzi məntəqələr vətəndaşları qəbul etməyə davam edir, onlardan sonuncusu - San-Fransiskoda (ABŞ) yerləşən məntəqə isə martın 16-sı səhərədək fəaliyyət göstərəcək.

Mərkəzi Referendum Komissiyasının açıqladığı yerli vaxtla saat 18:00-a olan rəqəmlərə görə, seçici fəallığı 70,91 % təşkil edib. Səsvermədə seçici siyahılarına daxil edilmiş vətəndaşların 50 %-dən çoxu iştirak etdiyi üçün referendum rəsmən baş tutmuş hesab olunub.

Yeni konstitusiya layihəsinin mətni fevralın 12-də açıqlanıb. Yeni əsas qanunun hazırda qüvvədə olandan prinsipial fərqləri arasında parlamentin birpalatalı modelə keçid, vitse-prezident postunun təsis edilməsi, eləcə də ali məşvərətçi orqan qismində Xalq Şurasının formalaşdırılması yer alır. Bundan əlavə, sənəd bir sıra yeni müddəaları, o cümlədən milli qanunvericiliyin beynəlxalq hüquq normaları üzərində üstünlüyünü təsbit edir.

Referendumda vətəndaşlar tərəfindən dəstəklənəcəyi təqdirdə, yeni konstitusiya iyulun 1-dən qüvvəyə minəcək.

Избранный
51
4
far.az

5Источники