RU

Ştegen Barselona da səsvermə hüququnu itirdi

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ştegen "Barselona"da səsvermə hüququnu itirdi

"Barselona"da keçirilən prezident seçkiləri gözlənilməz hadisə ilə yadda qalıb. Günün ən çox müzakirə edilən mövzularından biri komandanın kapitanı və qapıçısı Mark-Andre ter Stegenin səsvermə zamanı üzləşdiyi problem olub.

QOL.az xəbər verir ki, "Diario AS" nəşrinin yaydığı məlumata görə, almaniyalı qolkiper seçki məntəqəsinə gəlsə də, gözlənilməz maneə ilə qarşılaşıb. Texniki xəta səbəbindən təcrübəli futbolçunun adı seçici siyahısında tapılmayıb. Seçki reqlamentinin sərt tələblərinə uyğun olaraq komissiya Ter Ştegenin səs verməsinə icazə verməyib. Bu vəziyyət həm oyunçunu, həm də ətrafdakıları təəccübləndirib.

Qeyd edək ki, "Barselona"da səsvermə prosesi bu gün Mərkəzi Avropa vaxtı ilə saat 19:00-da, Bakı vaxtı ilə isə 22:00-da başa çatacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
qol.az

2Источники