RU

Tottenhem çempionatın lideri oldu

ain.az, Qol.az portalına istinadən məlumat verir.

"Tottenhem" çempionatın "lideri" oldu

"Tottenhem" klubu Premyer Liqada turnir cədvəlinin aşağı sıralarında yer alsa da, intizam göstəricilərinə görə çempionatın "lideri" olub.

QOL.az xəbər verir ki, klub hazırda İngiltərə divizionunda ən çox vərəqə alan komandadır. London təmsilçisinin aktivində artıq 74 sarı və 4 qırmızı vərəqə var.

Sözügedən "reytinq"in ikinci pilləsində isə digər London klubu - "Çelsi" qərarlaşıb. "Zadəganlar"ın futbolçuları cari mövsümdə 69 sarı vərəqə alıblar, lakin qırmızı vərəqələrin sayına görə (7 qırmızı) "Tottenhem"i qabaqlayırlar. 

Xatırladaq ki, "Çelsi" turnir cədvəlində 5-ci yerdə qərarlaşaraq yüksək pillələr uğrunda mübarizə apardığı halda, "Tottenhem" isə 16-cı pillədədir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
48
1
qol.az

2Источники