RU

Qusarda “Mercedes” dərəyə aşıb, 5 nəfər yaralanıb

Qusar, 15 mart, Elxan Yusifli, AZƏRTAC

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusarın Şirvanlı kəndi ərazisində "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb. Qəza zamanı avtomobildə olan 5 nəfər ağır yaralanıb.

Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. İlkin məlumata görə onlardan üçünün vəziyyəti ağırdır. Xəsarət alanlardan ikisi əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Избранный
58
8
azertag.az

10Источники