RU

İranda İsrailə məlumat ötürən onlarla şəxs saxlanılıb

Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

AzVision.az xəbər verir ki, bu barədə İranın yerli mediası məlumat yayıb. Həbslər İsrail və ABŞ hərbi təyyarələrinin ölkədə yeni hədəflərə zərbələr endirməyə davam etdiyi bir vaxtda həyata keçirilib. İranın “Tasnim” xəbər agentliyi bildirir ki, 20 nəfər hərbi və təhlükəsizlik obyektlərinin yerləri barədə məlumatları İsrailə ötürməkdə ittiham edilərək saxlanılıb. Agentliyin məlumatına görə, ölkənin şimal-şərqində daha 10 nəfər həbs olunub. Onların isə həssas obyektlər və iqtisadi infrastrukturlar barədə məlumat topladığı iddia olunur. İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat strukturunun regional bölməsi “Tasnim”ə açıqlamasında bildirib ki, İsrail və ABŞ hücumlara paralel olaraq casus və muzdlu şəxsləri aktivləşdirərək iğtişaşlar törətməyi planlaşdırırlar . Bundan başqa, “Student News Network” xəbər verir ki, ölkənin qərbində yerləşən Luristan vilayətində üç nəfər “ictimaiyyəti çaşdırmağa və matəm simvollarını yandırmağa cəhd göstərmək” ittihamı ilə saxlanılıb. Reuters agentliyi də mənbələrinə istinadən yazır ki, İsrail hücumların yeni mərhələsində yerli informatorlardan aldığı məlumatlar əsasında təhlükəsizlik nəzarət-buraxılış məntəqələrini hədəfə almağa başlayıb. Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hazırkı hərbi əməliyyatlara başlamasından bir neçə həftə əvvəl – yanvar ayında ölkədə geniş anti-hökumət etirazları baş vermişdi. İran hökuməti həmin aksiyaları İsrail və ABŞ-ın təşviq etdiyini iddia edərək onları “hakimiyyəti devirməyə yönəlmiş zorakı iğtişaşlar” adlandırmışdı. Məhəmmədəli Həsənli

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
124
azvision.az

1Источники