RU

Azərbaycan Kubokunda yarımfinalçılar müəyyənləşdilər – ARENA.AZ

Bu gün futzal üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin oyunları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə “Olimpik Star”da təşkil edilib.

İlk qələbəni “Lənkəran”la qarşılamış “Baku Fire-2” qazanıb. Son qalib PFL isə U-19 yığmamızla matçda hesabda geri düşsə də, sona yaxın qələbə qolunu vura bilib.

“Araz-Naxçıvan” “Xan-Lənkəran”la görüşdə məhsuldar qələbəyə sevinib. Yüksək Liqanın lideri “Neftçi” də Birinci Liqanın iddialılarından olan “STAR kargo”ya heç bir şans verməyib. Böyükhesablı qələbə onların da yarımfinalçılar sırasında olmasına yol açıb.

Beləliklə, yarımfinal mərhələsində qarşılaşacaq cütlüklər müəyyənləşib. Ötən mövsümün finalçıları – PFL və “Araz-Naxçıvan” bu dəfə yarımfinalda üz-üzə gələcəklər. “Baku Fire-2” isə “Neftçi” İK ilə finala vəsiqə uğrunda qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda yarımfinal mərhələsinin oyunları apreldə keçiriləcək.

Azərbaycan Kuboku
1/4 final
15 mart

Lənkəran – Baku Fire-2 2:8
U-19 – PFL 3:4
Xan-Lənkəran – Araz-Naxçıvan 3:12
STAR kargo – Neftçi İK 3:12

Yarımfinal cütlükləri:
PFL – Araz-Naxçıvan
Baku Fire-2 – Neftçi İK

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
26
7
arena.az

10Источники