RU

Səudiyyə Ərəbistanı münaqişəyə hazır imiş: 100 milyon barel neft regiondan çıxarıb

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Səudiyyə Ərəbistanı Yaxın Şərqdə münaqişə başlamazdan əvvəl regiondan 100 milyon bareldən çox nefti çıxararaq digər ölkələrdə yerləşən anbarlarda saxlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt ABC telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Vaşinqtonun bəzi müttəfiqləri regionda gərginliyin artması və İran ətrafında mümkün eskalasiya ehtimalı fonunda əvvəlcədən tədbirlər görüb.

"Bəzi müttəfiqlərimiz, xüsusilə, Səudiyyə Ərəbistanı və digər ölkələr münaqişə başlamazdan əvvəl 100 milyon bareldən çox nefti Yaxın Şərqdən kənardakı anbarlarda yerləşdirib", - deyə nazir qeyd edib.

K.Rayt əlavə edib ki, İranın Hörmüz boğazını bağlaya biləcəyi ehtimalını nəzərə alaraq müxtəlif ssenarilər də hazırlanıb. Lakin o bu tədbirlərin konkret nədən ibarət olduğunu açıqlamayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
43
oxu.az

1Источники