RU

ABŞ-nin BMT-dəki səfiri: İranla müharibə İraq ssenarisi üzrə olmayacaq

BAKI, 15 mart. TELEQRAF

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı 2003-cü ildə İraqda baş verən genişmiqyaslı müdaxilə səviyyəsinə çatmayacaq.

Teleqraf xəbər verir ki, Uolts bu barədə "Fox News" kanalına verdiyi müsahibədə danışıb.

“Mən əminəm ki, bu, 2003-cü ilin İrağı olmayacaq. Minlərlə əsgərin şəhərləri işğal etdiyi bir ssenari baş verməyəcək, Təl-Əvivdə də belə olmayacaq”, – o deyib.

Eyni zamanda, ABŞ səfiri ehtiyac yaranarsa, Pentaqonun hədəflənmiş kiçik miqyaslı quru əməliyyatını həyata keçirə biləcəyini istisna etməyib.

“Əgər prezident Donald Tramp fokuslanmış, məhdud variant həyata keçirməli olsa, mən əminəm ki, Pentaqon ona bu imkanları təqdim edə bilər”, - səfir bildirib.

Избранный
39
1
teleqraf.com

2Источники