RU

Blogerin cəsədi evinin önündə tapıldı Aktyorun adı hallanır

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə 27 yaşlı modelyer və bloqer Ayşegül Eraslanın cəsədi evinin qarşısında tapılıb.

Axşam.az xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

Bildirilib ki, modelyer hadisədən iki gün əvvəl Misirdən tətildən qayıdıb. Ayşegülün ölümündən təxminən bir saat əvvəl aktyor Sunay Kurtuluşun onun evinə gəlməsi ilə bağlı görüntülər ortaya çıxıb.

Bununla bağlı polis idarəsində izahat verən aktyor bildirib ki, modelyerlə təxminən üç həftə əvvəl sosial media vasitəsilə tanış olub. İki dəfə onun evinə gedib, bir dəfə isə birlikdə gəzintiyə çıxıblar.

O, həmçinin deyib ki, Eraslan xaricdən qayıtdıqdan sonra telefonla əlaqə saxlayıblar, görüşmək üçün onun evinə gedib. Bildirib ki, orada çay içiblər, lakin Ayşegül ona zarafatla şillə vurub.

Kurtuluş “belə əl-qol zarafatlarını xoşlamıram” deyərək sərt reaksiya verdiyini qeyd edib.

Xatırladaq ki, Sunay Kurtuluş Türkiyənin izlənmə rekordu qıran seriallarından biri olan “Yeraltı”da “Adnan” obrazını canlandırır

Hadisə ilə bağlı araşdırma gedir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
102
1
axsam.az

2Источники