RU

Çin orbitə məsafədən zondlama peyki buraxıb

Ajans.az CGTN-ə istinadən xəbər verir ki, orta sinifli "Changzheng-6A" daşıyıcısı Çinin şimalındakı Şansi əyalətində yerləşən Tayyuan kosmodromundan start götürüb. Kosmik aparat ştat rejimində 500 km hündürlükdəki hədəf orbitinə çıxarılıb. "Yaogan" seriyalı peyklər, əsasən, ərazilərin topoqrafik xəritəsinin çəkilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının monitorinqi, habelə təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün tətbiq edilir. Bununla belə, müstəqil Qərb analitikləri bu aparatları kəşfiyyat peykləri kateqoriyasına aid edirlər.

"Yaogan" kosmik aparatı Çin Aerokosmik Elm və Texnika Korporasiyasının (CASC) törəmə strukturu olan Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.

Избранный
13
5
Ajans.az

9Источники