RU

Nəriman Axundzadə yeni klubunda ehtiyatda qaldı, məğlub oldular

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin yeni klubu"Kolambus Krü"da (ABŞ) növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki,MLS-də "Neşvill"ə qarşı keçirilən 4-cü turun səfər oyunu rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Martın 9-da komandaya qoşulan Nəriman bu matçın iştirak ərizəsində yer alsa da, sona qədər ehtiyatda qalıb.

Hazırda "Neşvill"ə 10 xalla 2-ci,"Kolambus Krü" isə 2 xalla 13-cü pillədə qərarlaşıb.

Избранный
61
1
sportinfo.az

2Источники