RU

Ayşegül Eraslanın ölümündə ŞOK DETALLAR: Məşhur aktyor onu görən sonuncu ŞƏXS OLUB – FOTO/VİDEO

“İşte Benim Stilim” iştirakçısının sirli ölümündə yeni detallar ortaya çıxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Evində ölü tapılan “İşte Benim Stilim” yarışmasının iştirakçısı Ayşegül Eraslanın ölümündən təxminən bir saat əvvəl mənzilə aktyor Sunay Kurtuluşun daxil olduğu və qısa müddət sonra oranı tərk etdiyi məlum olub.

Boynunda boğulma izləri, biləklərində isə kəsiklər aşkarlanan Eraslanın ölümü ilə bağlı qətl versiyası nəzərdən keçirilir.

Məlumata görə, Kurtuluş verdiyi ifadəsində Eraslanın söhbət zamanı zarafatla onu vurduğunu, onun isə “mən belə əl zarafatlarını sevmirəm” deyərək evdən getdiyini bildirib.

Bu yeni məlumatlar bir neçə mənbə tərəfindən təsdiqlənir. Təhlükəsizlik kameralarının qeydlərinə və Eraslan ailəsinin vəkilinin açıqlamasına əsasən, gənc qadını sağ görən sonuncu şəxs məhz Kurtuluş olub.

Məhkəmə-tibbi ekspertizasının ilkin nəticələri göstərir ki, ölüm yalnız biləklərdəki xəsarətlərdən deyil, boğulma nəticəsində də baş verə bilər. Bu fakt isə intihar versiyasını ciddi şəkildə şübhə altına alır.

Əlavə olaraq bildirilir ki, mərhumun yaxın dostu, fotoqraf Semih Palancı hadisənin qətl olduğunu açıq şəkildə bəyan etsə də, ictimaiyyəti çaşdıran məlumatlar yaymaqda ittiham olunaraq saxlanılıb.

Hazırda faktla bağlı genişmiqyaslı araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
70
1
interpress.az

2Источники