RU

Makron İranın nüvə silahına sahib olmamasını regionda sülh üçün əsas şərt adlandırıb - YENİLƏNİB

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığının detallarını açıqlayıb.

"Far.Az" xəbər verir ki, E. Makron bu barədə "X" sosial media hesabında paylaşım edib.

Fransa Prezidentinin sözlərinə görə, o, Pezeşkiana İranın region ölkələrinə qarşı həyata keçirdiyi "qəbuledilməz hücumları" dərhal dayandırmağa çağırıb.

Makron iranlı həmkarına bildirib ki, eskalasiya bütün regionu ağır nəticələri olan xaosa sürükləyir, İran və region əhalisi bunun qurbanına çevrilir.

"Yalnız yeni siyasi və təhlükəsizlik çərçivəsi hamı üçün sülh və təhlükəsizliyi təmin etməyə imkan verəcək. Belə bir çərçivə İranın ballistik proqramı, eləcə də regional və beynəlxalq sabitliyi pozan fəaliyyətlərindən qaynaqlanan təhdidləri aradan qaldırmaqla yanaşı, onun heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verməlidir", - Makron bildirib.

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı regionda müharibənin dayandırılmasının və eskalasiyanın azaldılmasının zəruriliyini vurğulayıb.

"Far.Az" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Qeyd olunub ki, Makron regionda vəziyyətin, Hörmüz boğazındakı şəraitin kəskinləşməsindən, habelə "Hizbullah" hərəkatı ilə İsrail arasında davam edən münaqişədən narahatlığını ifadə edib.

Pezeşkian, öz növbəsində, həmsöhbətinə ABŞ və İsrailin "qanunsuz təcavüz"ünün miqyası barədə məlumat verib.

"İran xalqı, hökuməti və silahlı qüvvələri heç vaxt gərginlik və münaqişəyə can atmayıb, lakin təcavüzkarlara müqavimət göstərməyin zəruriliyinə, öz ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin qətiyyətli, qanuni müdafiəsinə dair ən kiçik şübhəmiz belə yoxdur", – deyə ISNA İran Prezidentinin sözlərini sitat gətirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Избранный
41
2
far.az

3Источники