RU

Tokayev: Bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni konstitusiyanın ölkəni yeni nailiyyətlərə və uğurlara aparacağına əmindir.

"Report" "Akorda"ya istinadən məlumatına görə, Qazaxıstan Prezidenti bunu referendumun ilkin "exit-poll" nəticələri ilə tanış olarkən deyib.

Ümumxalq səsverməsində yüksək seçici fəallığının qeydə alındığını bildirən Tokayev deyib ki, Qazaxıstan vətəndaşları birlik, həmrəylik, vətənpərvərlik və vətənin taleyi üçün ortaq məsuliyyətin ən parlaq nümunəsini nümayiş etdiriblər.

"Məntəqələrə gələn və öz vətəndaş mövqeyini dəqiq ifadə edən hər kəsə təşəkkür edirəm. Bununla biz bütün dünyaya qazax cəmiyyətinin siyasi mədəniyyətini göstərdik", - Qazaxıstan Prezidenti vurğulayıb.

Qeyd edək ki, Avrasiya İnteqrasiya İnstitutu və Astana Kompleks Sosial Araşdırmalar İnstitutunun "exit-poll" nəticələrinə görə, müvafiq olaraq sorğuda iştirak edən vətəndaşların 86,7 və 87,4 %-i yeni konstitusiyanın lehinə səs verib.

Yeni konstitusiya layihəsinin mətni fevralın 12-də açıqlanıb. Yeni əsas qanunun hazırda qüvvədə olandan prinsipial fərqləri arasında parlamentin birpalatalı modelə keçid, vitse-prezident postunun təsis edilməsi, eləcə də ali məşvərətçi orqan qismində Xalq Şurasının formalaşdırılması yer alır. Bundan əlavə, sənəd bir sıra yeni müddəaları, o cümlədən milli qanunvericiliyin beynəlxalq hüquq normaları üzərində üstünlüyünü təsbit edir.

Избранный
57
1
far.az

2Источники